İki ölkədən Azərbaycana kassa aparatı tədarükü bərpa edilib

Biznes
  • 08 dekabr, 2022
  • 12:46
İki ölkədən Azərbaycana kassa aparatı tədarükü bərpa edilib

2022-ci ilin 3 rübü ərzində Azərbaycan xaricdən 9,502 milyon ABŞ dolları dəyərində 47 min 650 ədəd kassa aparatı alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 39,6 %, kəmiyyət olaraq – 48,7 % çoxdur.

Hesabat dövründə Çindən 7,848 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,1 dəfə artıb) 46 min 653 ədəd (+3,1 dəfə), Rusiyadan 1,194 milyon ABŞ dolları dəyərində (+37,2 %) 510 ədəd (-4,9 %), Macarıstandan 240,35 min ABŞ dolları dəyərində (+5,3 dəfə) 283 ədəd (+4,7 dəfə), Almaniyadan 134,98 min ABŞ dolları dəyərində 18 ədəd, Türkiyədən 20,83 min ABŞ dolları dəyərində (+700 dəfə) 56 ədəd (+56 dəfə) cihaz gətirilib.

Bir il 10 aylıq fasilənin ardından Amerika Birləşmiş Ştatlarından (ABŞ), 1 il 1 aydan sonra Almaniyadan tədarük bərpa edilib. ABŞ-dan 5,54 min ABŞ dolları dəyərində 1 ədəd kassa aparatı idxal edilib.

44 - Tezliklə