İki ölkədən Azərbaycana günəş eynəklərinin tədarükü bərpa edilib

Biznes
  • 12 sentyabr, 2022
  • 08:43
İki ölkədən Azərbaycana günəş eynəklərinin tədarükü bərpa edilib

2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana 1,015 milyon ABŞ dolları dəyərində 531 min 473 ədəd günəş eynəyi idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 50,4 %, kəmiyyət olaraq – 49,2 % çoxdur.

Hesabat dövründə Çindən 483,5 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 36 % çoxdur) 510 min 633 ədəd (+48,1 %), İtaliyadan 386,35 min ABŞ dolları dəyərində (+60,2 %) 3 min 803 ədəd (+69 %), Türkiyədən 55,7 min ABŞ dolları dəyərində (+65,3 %) 12 min 854 ədəd (+2,7 dəfə), Yaponiyadan 37,13 min ABŞ dolları dəyərində (+42,8 %) 142 ədəd (+56 %), Fransadan 15,16 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 42 ədəd (+2,5 dəfə) məhsul alınıb.

Üç il 11 aylıq fasilənin ardından Portuqaliyadan, 2 il 1 ayın tamamında Polşadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 5,49 min ABŞ dolları dəyərində 279 ədəd, 3,1 min ABŞ dolları dəyərində 4 ədəd günəş eynəyi gətirilib.

44 filmi