İki ölkədən Azərbaycana avtobus tədarükü bərpa edilib
- 14 oktyabr, 2022
- 10:14
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 45,742 milyon ABŞ dolları dəyərində 329 ədəd avtobus gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9 dəfə, kəmiyyət olaraq – 5,1 dəfə çoxdur.
Hesabat dövründə Türkiyədən 41,957 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 11,3 dəfə çoxdur) 240 ədəd (+10 dəfə), Koreya Respublikasından 2,128 milyon ABŞ dolları dəyərində 46 ədəd, Almaniyadan 827,11 min ABŞ dolları dəyərində (-1,2 %) 28 ədəd (+22 %), Çindən 788,53 min ABŞ dolları dəyərində (+7,1 dəfə) 13 ədəd (+2,6 dəfə), Fransadan 30,37 min ABŞ dolları dəyərində 1 ədəd avtobus alınıb.
Dörd il 5 ayın tamamında Fransadan, 1 illik fasilənin ardından Koreya Respublikasından tədarük bərpa edilib.