İki ölkədən Azərbaycana araq idxalı bərpa edilib

Biznes
  • 29 dekabr, 2022
  • 05:49
İki ölkədən Azərbaycana araq idxalı bərpa edilib

2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 5,88 milyon ABŞ dolları dəyərində 59,69 min dekalitr araq idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 9 % çoxdur.

Rusiyadan 2,605 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 13,3 % çoxdur) 25,03 min dekalitr (+27 %), Belarusdan 930,66 min ABŞ dolları dəyərində (-0,9 %) 14,62 min dekalitr (-4,8 %), Ukraynadan 895,43 min ABŞ dolları dəyərində (+32 %) 9,43 min dekalitr (-3,7 %), Fransadan 389,5 min ABŞ dolları dəyərində (+2,8 dəfə) 0,96 min dekalitr (+2,5 dəfə), İsveçdən 242,76 min ABŞ dolları dəyərində (+25 %) 1,47 min dekalitr (+48,5 %) məhsul alınıb.

Üç il 2 aylıq fasilənin ardından Estoniyadan, 2 il 5 ayın tamamında Meksikadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 15,66 min ABŞ dolları dəyərində 0,14 min dekalitr və 1,42 min ABŞ dolları dəyərində 0,01 min dekalitr araq gətirilib.