İcbari Tibbi Sığorta Dövlət Agentliyi 2 mln manatlıq 2 tenderə yekun vurub

Biznes
  • 21 aprel, 2022
  • 08:12
İcbari Tibbi Sığorta Dövlət Agentliyi 2 mln manatlıq 2 tenderə yekun vurub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibbi ləvazimat və sərfiyyat materiallarının (1), eləcə də anbar üçün stellajların (2) satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Avromed Company" QSC və "Əliyev və K" şəxsi istehsalat kommersiya şirkətidir.

Qalib şirkətlərə müvafiq olaraq 1 461,5 min manat və 203 min manat, ümumilikdə isə 1 664,5 min manat ödəniləcək. 

44 - Tezliklə