Azərbaycanda iyunda minik avtomobillərinin qiymətləri sabit qalıb

Biznes
  • 15 iyul, 2017
  • 13:48
Azərbaycanda iyunda minik avtomobillərinin qiymətləri sabit qalıb

Bakı. 15 iyul. REPORT.AZ/ Azərbaycanda iyun ayında minik avtomobillərinin orta aylıq qiymətləri əvvəlki ayla müqayisədə dəyişməz qalıb. Bu ilin iyun ayında 1 minik avtomobilinin orta aylıq qiyməti 32 073,66 manat təşkil edib. 

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İstehlak məhsulllarının qiymət indeksinə əsasən yanvarda maşınların qiymətində aylıq 0,8%, fevralda 0,6% artım olub, mart ayında qiymət sabit qalıb, daha sonra aprel ayında isə yenidən 1,6% artıb.

44 filmi