Azərbaycanda TOP-10 dövlət şirkətinin qeyri-neft ixracının dəyəri 26 %-dən çox azalıb
- 30 aprel, 2026
- 16:33
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-mart aylarında Azərbaycanda 10 dövlət şirkətinin ixrac etdiyi qeyri-neft məhsullarının ümumi dəyəri 208,7 milyon ABŞ dolları təşkil edib.
"Report" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisindən (282,8 milyon ABŞ dolları) 74,1 milyon ABŞ dolları və ya 26,2 % azdır.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 27,3 % payla "SOCAR Polymer" MMC başçılıq edib.
İxracın həcminə görə dövlət şirkətlərinin renkinqi:
| Şirkət | 2026-cı ilin yanvar-mart aylarında ixracın həcmi (milyon ABŞ dolları) | 2025-ci ilin yanvar-mart aylarında ixracın həcmi (milyon ABŞ dolları) | Faiz fərqi |
| "SOCAR Polymer" MMC | 57 | 59 | -3,4 % |
| "AzerGold" QSC | 51,8 | 41,9 | 23,6 % |
| "Azəralüminium" MMC | 42,9 | 39,6 | 8,3 % |
| SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi | 35,3 | 105 | -66,4 % |
| "Azərpambıq ASK" MMC | 11,7 | 9,5 | 23,2 % |
| "Azərbaycan Hava Yolları" QSC | 4,5 | 3,8 | 18,4 % |
| SOCAR-ın Qaz İxrac İdarəsi | 2,8 | 23 | -87,8 % |
| "AzərEnerji" ASC | 2 | 1 | 100 % |
| "SOCAR CAPE" MMC | 0,43 | 0 | - |
| "Naxçıvan Enerji" MMC | 0,23 | 0 | - |
Hesabat dövründə Azərbaycanın qeyri-neft-qaz ixracı dəyər ifadəsində ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % artaraq 862 milyon ABŞ dollarına çatıb.