İqtisadiyyat naziri Türkiyə səfiri və qonşu ölkənin bank rəhbəri ilə görüşüb

Biznes
  • 27 noyabr, 2017
  • 11:49
İqtisadiyyat naziri Türkiyə səfiri və qonşu ölkənin bank rəhbəri ilə görüşüb
İqtisadiyyat naziri Şahin Mustafayev
Report

Bakı. 27 noyabr. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral və "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin sədri Avni Demirçi ilə görüşüb. 

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, görüşdə Azərbaycan-Türkiyə iqtisadi əlaqələri, əməkdaşlığın daha da genişləndirilməsi istiqamətləri müzakirə olunub, Türkiyənin “Ziraat Bankası”na dair təqdimat keçirilib və Bankın Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.