İqtisadiyyat naziri Qazaxıstan səfiri ilə görüşüb

Biznes
  • 20 fevral, 2019
  • 05:40
İqtisadiyyat naziri Qazaxıstan səfiri ilə görüşüb
İqtisadiyyat naziri Şahin Mustafayev
Report/ Firi Salim

Bakı. 20 fevral. REPORT.AZ/ İqtisadiyyat naziri Şahin Mustafayev Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayevlə görüşüb.

Bu barədə “Report”a İqtisadiyyat Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə dövlət başçılarının siyasi iradəsi sayəsində Azərbaycan və Qazaxıstan arasında siyasi-iqtisadi əlaqələrın uğurla inkişaf etdiyi, yüksək səviyyəli siyasi münasibətlərin və qarşılıqlı səfərlərin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında mühüm əhəmiyyəti vurğulanıb.

Görüş zamanı iqtisadi-ticarət, sənaye, nəqliyyat-tranzit, kənd təsərrüfatı, turizm və s. sahələrdə əlaqələrin daha da genişləndirilməsi imkanları, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.  

44 - Tezliklə