HUAWEI Paris Təqdimatında Yeni Nəsil Ağıllı Saatlar, Nova 14 və MatePad 12 X ilə gələcəyə yol açdı

Biznes
  • 22 sentyabr, 2025
  • 11:53
HUAWEI Paris Təqdimatında Yeni Nəsil Ağıllı Saatlar, Nova 14 və MatePad 12 X ilə gələcəyə yol açdı

Bu gün HUAWEI "Küləyə hakim ol" şüarı ilə Parisdə keçirilən qlobal təqdimat tədbirində yeni nəsil ağıllı cihazlarını və texnoloji məhsullarını ictimaiyyətə nümayiş etdirdi. Tədbirin əsas diqqət mərkəzində HUAWEI WATCH GT 6 Seriyası, HUAWEI WATCH Ultimate 2HUAWEI WATCH D2 ağıllı saatları dayandı. Bununla yanaşı, HUAWEI nova 14 Seriyası, HUAWEI FreeBuds 7i simsiz qulaqlıqları və MatePad 12 X PaperMatte Edition planşetini təqdim etdi. Şirkət həmçinin gənclərə yönəlmiş "İndi Sənin Zamanındır" fəlsəfəsini açıqladı və GoPaint 2025 qlobal yaradıcılıq təşəbbüsünü işə saldı.

HUAWEI WATCH GT 6 Seriyası: İdman və Sağlamlıqda Yeni Dövr

HUAWEI WATCH GT 6 Seriyası uzunmüddətli batareya ömrü, dəqiq GPS sistemi və peşəkar sağlamlıq izləmə imkanları ilə istifadəçilərə geniş təcrübə təqdim edir. 21 günə qədər davamlı enerji təminatı istifadəçilərə gündəlik həyatda rahatlıq yaradır. TruSense sistemi ürək döyüntüsü, qan oksigeni səviyyəsi, yuxu keyfiyyəti və digər vacib göstəriciləri real vaxtda izləyir. Saat 100-dən çox məşq rejimini dəstəkləyir və velosiped, açıq havada qaçış, qolf və xizək üçün xüsusi outdoor funksiyalar təqdim edir. Velosipedçilər virtual gücölçənlə peşəkar səviyyədə analizlər aparır, qaçış həvəskarları marşrut və yüksəklik trendlərini izləyir, qolfçular yüksək dəqiqlikli meydança xəritələri ilə hər zərbəni optimallaşdırır, xizəkçilər isə sürət və məsafə məlumatlarını izləyə bilir.

HUAWEI WATCH Ultimate 2 və WATCH D2: Təhlükəsizlik və Sağlamlıq Yenilikləri

Yeni nəsil HUAWEI WATCH Ultimate 2 modeli dalğıclar üçün nəzərdə tutulmuş bir ilkdir. Bu saat 150 metr dərinliyə qədər istifadə edilə bilir, sonar texnologiyası ilə 30 metr məsafədə sualtı mesaj göndərmək və 60 metr dərinlikdə SOS siqnalı ötürmək imkanı təqdim edir. Bu, ekstremal idman və sualtı fəaliyyətlər üçün əlavə təhlükəsizlik təmin edir. WATCH D2 isə qan təzyiqi ölçmə sisteminə malikdir və birdəfəlik və təkrarlanan ölçmələr vasitəsilə istifadəçilərə gündəlik sağlamlıq vəziyyətini izləməyə imkan verir.

HUAWEI nova 14 smartfonları və MatePad 12 X Planşeti

HUAWEI nova 14 Ultra Chroma kamera və XD Portrait Engine ilə zəif işıqda belə yüksək keyfiyyətli portretlər təqdim edir. 50 MP ön kamera və 5x portret zoom funksiyası selfiləri peşəkar səviyyəyə çatdırır.

HUAWEI MatePad 12 X PaperMatte Edition kağız effekti verən ekranı və HUAWEI M-Pencil Pro stilus dəstəyi ilə təhsil, rəsmlər və digər yaradıcılıq işləri daha asan yüksək keyfiyyətli alınır

"İndi Sənin Zamanındır" Fəlsəfəsi və GoPaint 2025

HUAWEI gənclərlə daha yaxın əlaqə qurmaq və texnologiyanı daha insani və emosional təqdim etmək üçün "Now is Yours" fəlsəfəsini açıqladı. GoPaint 2025 yarışması isə rəssamlıq, rəqəmsal akvarel, fantastik sənət və animasiya kateqoriyalarını əhatə edərək gənclər arasında texnoloji incəsənəti aşılıyır. Bununla da HUAWEI texnoloji naliyyətlərini həm gündəlik istifadə edənlər və həm də yaradıclar üçün əlçatan etməyi hədəfləyir.

Son xəbərlər

Bütün Xəbər Lenti