Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi artıb

Biznes
  • 21 aprel, 2020
  • 07:16
Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi artıb

Bu ilin yanvar-mart aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 306 milyon 156,6 min ABŞ dollarına bərabər olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 11% təşkil edib. Hesabat dövründə Azərbaycan Gürcüstanın Türkiyədən sonra ikinci böyük ticarət tərəfdaşı olub.

İllik müqayisədə Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 12,3% artıb. 

44 - Tezliklə