Gürcüstanın Azərbaycandan tekstil idxalına çəkdiyi xərci ötən ay 22 % artıb

Biznes
  • 19 may, 2025
  • 17:54
Gürcüstanın Azərbaycandan tekstil idxalına çəkdiyi xərci ötən ay 22 % artıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 837 min ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən 22 % çoxdur.

Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 206 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları alıb ki, bu da bir il əvvəlki göstəricidən 2 % çoxdur.

Bu ilin ilk 4 ayında Gürcüstana Türkiyədən 78,9 milyon ABŞ dolları dəyərində, Çindən 44 milyon ABŞ dolları dəyərində, İspaniyadan 20,5 milyon ABŞ dolları dəyərində, İtaliyadan 13 milyon ABŞ dolları dəyərində, Almaniyadan 4,81 milyon ABŞ dolları dəyərində tədarük həyata keçirilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 663 milyon ABŞ dolları dəyərində tekstil və tekstil məmulatları idxal edib ki, bunun da 3,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

44 filmi