Gürcüstanın Azərbaycandan pendir və kəsmik idxalına çəkdiyi xərc 95 % artıb

Biznes
  • 21 iyul, 2026
  • 14:07
Gürcüstanın Azərbaycandan pendir və kəsmik idxalına çəkdiyi xərc 95 % artıb

Bu ilin yanvar-iyun aylarında Gürcüstan Azərbaycandan 325,5 min ABŞ dolları dəyərində 58,4 ton pendir və kəsmik idxal edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 95 %, kəmiyyət olaraq 65 % çoxdur.

Bu ilin ilk 6 ayında Gürcüstan xarici ölkələrdən 21,5 milyon ABŞ dolları dəyərində 3 min 994 ton pendir və kəsmik alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 15 % və 17 % çoxdur.

Hesabat dövründə Gürcüstana Almaniyadan 3,4 milyon ABŞ dolları dəyərində 594 ton, Türkiyədən 3 milyon ABŞ dolları dəyərində 742 ton, Rusiyadan 2,85 milyon ABŞ dolları dəyərində 638 ton, Polşadan 2,4 milyon ABŞ dolları dəyərində 463 ton, İtaliyadan 1,6 milyon ABŞ dolları dəyərində 145 ton məhsul gətirilib.

44 filmi