Gürcüstanın Azərbaycandan pendir və kəsmik idxalına çəkdiyi xərc 4 dəfə artıb
- 23 yanvar, 2026
- 16:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Gürcüstan Azərbaycandan 474 min ABŞ dolları dəyərində 99 ton pendir və kəsmik idxal edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə müvafiq olaraq 4 dəfə və 3,9 dəfə çoxdur.
2025-ci ildə Gürcüstan xarici ölkələrdən 42 milyon ABŞ dolları dəyərində 7 min 491 ton pendir və kəsmik alıb ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 31 % və 20 % çoxdur.
Hesabat dövründə Gürcüstan Almaniyadan 7,3 milyon ABŞ dolları dəyərində 1 min 165 ton, Türkiyədən 5,85 milyon ABŞ dolları dəyərində 1 min 545 ton, Rusiyadan 4,8 milyon ABŞ dolları dəyərində 1 min 91 ton, Polşadan 4,6 milyon ABŞ dollar dəyərində 804 ton, İtaliyadan 4,2 milyon ABŞ dolları dəyərində 358 ton pendir və kəsmik idxal edib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 32,8 milyon ABŞ dolları dəyərində 6 min 242 ton pendir və kəsmik alıb ki, bunun da 120 min ABŞ dolları dəyərində 25,2 tonu Azərbaycanın payına düşüb.