Gürcüstanın Azərbaycandan alüminium alışına çəkdiyi xərci 3 dəfəyə yaxın artıb

Biznes
  • 29 mart, 2025
  • 11:05
Gürcüstanın Azərbaycandan alüminium alışına çəkdiyi xərci 3 dəfəyə yaxın artıb

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 398 min ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 2,7 dəfə çoxdur.

Təkcə fevral ayında Gürcüstan Azərbaycandan 133 min ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb. Bu, bir əvvələ nisbətən 38 % çoxdur.

Bu ilin ilk 2 ayı ərzində Gürcüstan xarici ölkələrdən 19,43 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bu da bir il əvvəlki göstəricidən 1 % çoxdur. O cümlədən Gürcüstan Türkiyədən 10,8 milyon ABŞ dolları, Çindən 2,97 milyon ABŞ dolları, Rusiyadan 1,1 milyon ABŞ dolları, Ukraynadan 808 min ABŞ dolları, İtaliyadan 647 min ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 152 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bunun da 1,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.