Gürcüstan Türkiyədən dərman idxalına hazırlaşır

Biznes
  • 10 yanvar, 2022
  • 09:41
Gürcüstan Türkiyədən dərman idxalına hazırlaşır

Gürcüstan əczaçılıq bazarını Türkiyə üçün açacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, Türkiyədən medikamentlərin idxalı daxili bazarda dərman vasitələrinin qiymətinin aşağı düşməsinə kömək edəcək.

İ.Qaribaşvili qeyd edib ki, dərman bazarındakı vəziyyəti yaxşılaşdırmağa imkan verəcək qanunvericilik üzərində də iş aparılacaq.

Ötən ilin sonunda Gürcüstan hökuməti dərman bazarında bahalaşmanın qarşısını alacağına söz verib.

Gürcüstan dərman preparatlarını əsasən Avropa ölkələri, Rusiya, Hindistan və Belarusdan tədarük edir. Yerli istehsal dərmanlarının bazarda payı 13 %-ə bərabərdir.