Gürcüstan ötən il Azərbaycana avtomobillər üçün ehtiyat hissələrinin ixracını 32 % azaldıb
- 01 fevral, 2025
- 07:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Gürcüstan Azərbaycana 2,83 milyon ABŞ dolları dəyərində 91,8 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilə nisbətən dəyər ifadəsində 12 %, kəmiyyət olaraq 32 % azdır.
Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.
2024-cü ildə Gürcüstan xarici ölkələrə 13,64 milyon ABŞ dolları dəyərində 847 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 2 % az və 6 % çoxdur.
Hesabat dövründə Gürcüstan Birləşmiş Ərəb Əmirliklərinə 3,83 milyon ABŞ dolları dəyərində 409 ton, Türkiyəyə 2,21 milyon ABŞ dolları dəyərində 61 ton, Ermənistana 1,71 milyon ABŞ dolları dəyərində 178 ton, Koreya Respublikasına 1,4 milyon ABŞ dolları dəyərində 25 ton tədarük həyata keçirib.