Gürcüstan Azərbaycanla ticarət dövriyyəsinin həcmini artırıb

Biznes
  • 19 may, 2020
  • 07:17
Gürcüstan Azərbaycanla ticarət dövriyyəsinin həcmini artırıb

Bu ilin yanvar-aprel aylarında Gürcüstan və Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 367,01 mln ABŞ dolları təşkil edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 10,6%-ə bərabər olub. Hesabat dövründə Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları arasında Türkiyə və Rusiyadan sonra üçüncü yeri tutub.

İllik müqayisədə Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 1,38% artıb. 

44 - Tezliklə