Gürcüstan Azərbaycandan alüminium alışına çəkdiyi xərci kəskin artırıb
- 20 may, 2025
- 19:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Gürcüstan Azərbaycandan 707 min ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən 2 dəfə çoxdur.
Təkcə apreldə Gürcüstan Azərbaycandan 255 min ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb. Bu, bir əvvələ nisbətən 50 % çoxdur.
Bu ilin ilk 4 ayında Gürcüstan xarici ölkələrdən 46 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bu da bir il əvvəlki göstəricidən 10 % çoxdur.
Hesabat dövründə Gürcüstan Türkiyədən 26,74 milyon ABŞ dolları, Çindən 5,42 milyon ABŞ dolları, Rusiyadan 2,94 milyon ABŞ dolları, İtaliyadan 1,72 milyon ABŞ dolları, Rumıniyadan 1,44 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.
Xatırladaq ki, 2024-cü ildə Gürcüstan xaricdən 152 milyon ABŞ dolları dəyərində alüminium və alüminium məmulatlar alıb ki, bunun da 1,3 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.