Gürcüstan Azərbaycandan alma şirəsinin idxalını bərpa edib
- 20 sentyabr, 2022
- 05:17
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin I yarısında Azərbaycan 1,235 milyon ABŞ dolları dəyərində 1 min 045 ton alma şirəsi ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 48,4 %, kəmiyyət olaraq – 33,3 % çoxdur.
Hesabat dövründə Rusiyaya 609,74 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22,8 % azdır) 514,69 ton (-29,8 %), Türkiyəyə 556,78 min ABŞ dolları dəyərində 462 ton (bir il əvvəl tədarük olmayıb), Gürcüstana 43 min ABŞ dolları dəyərində 35 ton, Malayziyaya 12,38 min ABŞ dolları dəyərində (+37,9 %) 21,04 ton (+8,4 %), Səudiyyə Ərəbistanına 11,44 min ABŞ dolları dəyərində (-57 %) 9,61 ton (-62,8 %) məhsul satılıb.
İki il 3 ayın tamanında Gürcüstan Azərbaycandan alma şirəsinin alışını bərpa edib.