Gürcüstan Azərbaycana kakao ixracını 2 dəfədən çox artırıb
- 23 yanvar, 2024
- 09:20
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ildə Gürcüstan Azərbaycana 1,9 milyon ABŞ dolları dəyərində kakao və kakao məhsulları ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci illə müqayisədə 2,3 dəfə çoxdur.
Beləliklə, Azərbaycan Gürcüstanın kakao və kakao məhsulları ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrə 10,3 milyon ABŞ dolları dəyərində kakao və kakao məhsulları satıb ki, bu da bir il əvvəlki göstəricidən 80 % çoxdur.
O cümlədən, Gürcüstandan Ermənistana 4,7 milyon ABŞ dolları, İrana 2,2 milyon ABŞ dolları, Özbəkistana 1,2 milyon ABŞ dolları, Səudiyyə Ərəbistanına 204 min ABŞ dolları dəyərində tədarük həyata keçirilib.
Xatırladaq ki, 2022-ci ildə Gürcüstan 5,61 milyon ABŞ dolları dəyərində kakao və kakao məhsulları ixrac edib ki, bunun da 810 min ABŞ dolları Azərbaycanın payına düşüb. 2021-ci illə müqayisədə Azərbaycanın Gürcüstandan həmin məhsulların tədarükünə çəkdiyi xərci 2,6 dəfə artıb.