Gürcüstan Azərbaycan məhsullarının idxalını azaldıb

Biznes
  • 21 aprel, 2020
  • 07:07
Gürcüstan Azərbaycan məhsullarının idxalını azaldıb

Bu ilin birinci rübündə Gürcüstan Azərbaycandan 184 284,6 min ABŞ dolları dəyərində məhsul idxal edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan idxalı 1,6% azalıb.

Gürcüstanın ümumi idxalında 9,2% paya sahib olan Azərbaycan qonşu ölkənin Türkiyə və Rusiyadan sonra üçüncü əsas idxal tərəfdaşı olub.

44 - Tezliklə