Gürcüstan 2 ayda orqanik gübrənin 82 %-ni Azərbaycandan alıb
- 28 mart, 2024
- 08:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan 92 min ABŞ dolları dəyərində 768 ton heyvan və ya bitki mənşəli (orqanik) gübrə idxal edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 45 %, kəmiyyət olaraq – 10 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstana orqanik gübrə tədarük edən 6 ölkə arasında 1-ci yerdə qərarlaşıb.
Hesabat dövründə Gürcüstan xarici ölkələrdən 158 min ABŞ dolları dəyərində 933 ton orqanik gübrə alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 26 % azdır və 5 % çoxdur. O cümlədən Gürcüstan Türkiyədən 20,7 min ABŞ dolları dəyərində 66 ton, İtaliyadan 13,2 min ABŞ dolları dəyərində 5 ton, Latviyadan 12,6 min ABŞ dolları dəyərində 26,8 ton, Rusiyadan 11,3 min ABŞ dolları dəyərində 66 ton orqanik gübrə idxal edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,1 milyon ABŞ dolları dəyərində 5 min 629 ton orqanik gübrə alıb ki, bunun da 799 min ABŞ dolları dəyərində 5 min 302 tonu Azərbaycanın payına düşüb.