Göyçayda "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək

Biznes
  • 10 oktyabr, 2025
  • 14:46
Göyçayda KOB FEST sərgi-satış yarmarkası keçiriləcək

Noyabrın 8-9-da Göyçay rayonunda "KOB FEST" sərgi-satış yarmarkası keçiriləcək.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.

Bildirilib ki, KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək yarmarkaya qatılmaqla KOB subyektləri istehsal etdikləri məhsul və xidmətləri geniş istehlakçı auditoriyasına tanıda, satış imkanlarını artıra və yeni biznes əlaqələri qura biləcəklər.

"Nar Festivalı" çərçivəsində təşkil olunacaq yarmarkada məhsul və xidmətlərini təqdim etmək istəyən Göyçay və ətraf bölgələrdən olan KOB subyektləri noyabrın 3-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 ("İştirak etmək istədiyiniz tədbir" bölümündə "KOB Fest – Göyçay" qeyd olunmalıdır).

Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.

Son xəbərlər

Bütün Xəbər Lenti