Belaruslular Gəncədə aqrar-sənaye kompleksi tikəcək

Biznes
  • 21 noyabr, 2016
  • 10:24
Belaruslular Gəncədə aqrar-sənaye kompleksi tikəcək

Bakı. 21 noyabr. REPORT.AZ/ Gəncə şəhərində süd və süd məhsulları zavodu tikiləcək. 

“Report”un məlumatına görə, zavod 6 hektar ərazini əhatə edəcək və 2017-ci ildə istismara veriləcək.

Məlumatda deyilir ki, bu gün zavodun tikintisi ilə bağlı Belarusun kənd təsərrüfatı nazirinin I müavini Leonid Mariniç və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin iştirakə ilə memorandum imzalanıb. Kompleksin tikintisinə belaruslu mütəxəssislər cəlb ediləcək.

L.Mariniç bildirib ki, layihənin icra ediləcəyi ərazidən torpaq nümunələri götürülərək onun məhsuldarlığı və kimyəvi elementləri yoxlanılacaq. Zavodda iribuynuzlu heyvanlardan alınan süddən yerli və region əhalisi üçün süd və süd məhsulları istehsal olunacaq.

Qeyd edək ki, E.Vəliyevin Belarusa işgüzar səfəri çərçivəsində kombinatın tikintisi ilə bağlı ilkin razılıq əldə olunub. İcra hakimiyyətinin başçısını və rəhbərlik etdiyi nümayəndə heyətini Belarusun baş nazirinin müavinləri Mixail Rusıy və Vladimir Semaşko qəbul edib. Görüş zamanı Gəncə şəhərində aqrar-sənaye kompleksinin inşa olunması üçün birgə işçi qrupu yaradılıb.