Gəncədə qadın sahibkarlar üçün treninq keçirilib
- 07 fevral, 2017
- 16:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 fevral. REPORT. AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin, "Sahibkar Qadınlar" İctimai Birliyinin təşkilatçılığı ilə Gəncədə gənc sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayan qadınlar üçün treninq keçirilib.
İqtisadiyyat nazilriyindən "Report"a verilən xəbərə görə, "Biznes ideyanı yarat" və "Öz biznesinə başla" mövzularında keçirilən treninqdə iştirakçılara biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, biznes planların hazırlanması, marketinq araşdırmalarının aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri və s. barədə ətraflı məlumat verilib.
Treninq çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.