Finlandiya Azərbaycana lift tədarükünü bərpa edib
- 10 fevral, 2022
- 10:41
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 25 milyon 944,09 min ABŞ dolları dəyərində 1 min 680 ədəd lift və skipli yük qaldırıcısı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,17 %, kəmiyyət olaraq – 42,1 % azdır.
Hesabat dövründə Çindən 17 milyon 780,97 min ABŞ dolları dəyərində 1 min 198 ədəd, Finlandiyadan 2 milyon 743,61 min ABŞ dolları dəyərində 30 ədəd, Türkiyədən 2 milyon 621,35 min ABŞ dolları dəyərində 221 ədəd, Niderlanddan 905,29 min ABŞ dolları dəyərində 21 ədəd, Koreyadan 540,09 min ABŞ dolları dəyərində 46 ədəd məhsul gətirilib.
2020-ci ilin eyni analoji dövrünün göstəriciləri ilə müqayisədə Çindən idxal müvafiq olaraq 11,26 % artıb və 34,57 % azalıb, Türkiyədən – 53,93 % və 51,85 % azalıb, Niderlanddan – 23,1 dəfə artıb və 87,72 % azalıb, Koreyadan – 87,94 % və 86,23 % azalıb. Bir il 2 aylıq aradan sonra Finlandiyadan tədarük bərpa edilib.