Estoniyanın Azərbaycan da daxil olmaqla MDB ölkələrinə ixracı 27 %-ə yaxın artıb
- 13 sentyabr, 2023
- 12:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Estoniyanın Azərbaycanda daxil olmaqla Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə ixracı müharibədən əvvəlki - 2021-ci ilin eyni dövrü ilə müqayisədə (Rusiya-Ukrayna müharibəsindən əvvəl) 26,5 % artaraq 601 milyon avroya çatıb.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, 7 ayda Estoniyanın Azərbaycanda daxil olmaqla digər MDB ölkələrindən idxalı isə 28% azalıb.
Məlumatda qeyd edilir ki, bu, əsas etibarı ilə enerji daşıyıcılarının tədarükünün azalması ilə əlaqədardır: “Ukrayna müharibəsindən sonra Estoniyanın Rusiya ilə ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə azalsa da, estoniyalı sahibkarlar Rusiyanın qonşuları, xüsusən də Müstəqil Dövlətlər Birliyinə (MDB) ixracı artırmağın yollarını tapıblar. Yanvar-iyul aylarında Estoniyanın Rusiyaya ixracı müharibədən 2021-ci ilin eyni dövrü ilə müqayisədə 13,5 % azalaraq 359 milyon avroya enib. Bu dövrdə Estoniyanın Rusiyadan idxalı isə 50 %-dən çox azalaraq 267 milyon avroya enib”.
Bu dövr ərzində Estoniyanın Belarusa ixracı 1/3 dəfə artsa da, idxalı 40 % azalıb.
Bundan başqa, Estoniyanın Qazaxıstana ixracı 8 milyon avrodan 8,3 dəfə artaraq 66 milyon avroya artıb, idxalı isə 3 milyon avrodan 17,3 dəfə artaraq 52 milyon avroya yüksəlib.
Eyni tendensiya Qırğızıstan, Özbəkistan və Ermənistanla ticarətdə də müşahidə olunub.