Estoniyadan Azərbaycana araq idxalı bərpa edilib
- 16 noyabr, 2022
- 13:35
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 5,376 milyon ABŞ dolları dəyərində 54,58 min dekalitr araq idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 8,6 % çoxdur.
Rusiyadan 2,365 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 12,6 % çoxdur) 22,57 min dekalitr (+23,2 %), Belarusdan 881,69 min ABŞ dolları dəyərində (+1,5 %) 13,76 min dekalitr (-0,7 %), Ukraynadan 808,19 min ABŞ dolları dəyərində (+31 %) 8,55 min dekalitr (+1,1 %), Fransadan 377,86 min ABŞ dolları dəyərində (+3,4 dəfə) 0,94 min dekalitr (+3,1 dəfə), İsveçdən 241,82 min ABŞ dolları dəyərində (+44 %) 1,46 min dekalitr (+74 %) məhsul alınıb.
Üç il 2 aylıq fasilənin ardından Estoniyadan tədarük bərpa edilib. Həmin ölkədən 15,66 min ABŞ dolları dəyərində 0,14 min dekalitr araq gətirilib.
Hesabat dövründə Azərbaycan 322 min ABŞ dolları dəyərində (+52 %) 4,59 min dekalitr (+12 %) araq ixrac edib.
İraqa 131,31 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 3,1 min dekalitr (+3 dəfə), Almaniyaya 80,26 min ABŞ dolları dəyərində 0,6 min dekalitr (bir il əvvəl tədarük olmayıb), Ukraynaya 31,34 min ABŞ dolları dəyərində (-4,2 %) 0,38 min dekalitr (-13,6 %), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 25,87 min ABŞ dolları dəyərində 0,12 min dekalitr, Türkiyəyə 21,77 min ABŞ dolları dəyərində 0,19 min dekalitr (5 il 9 aydan sonra bərpa edilib) məhsul satılıb.