Estoniya Azərbaycandan duz tədarükünü bərpa edib
- 06 iyul, 2022
- 06:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xaricə 701 min ABŞ dolları dəyərində 7 min 094 ton duz (qida üçün yararlı, yodlaşdırılmış) göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,2 %, kəmiyyət olaraq – 12,9 % çoxdur.
Hesabat dövründə Gürcüstana 379 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,8 dəfə artıb) 2 min 931 ton (+2,2 dəfə), Rusiyaya 311 min ABŞ dolları dəyərində (-31,5 %) 4 min 082 ton (-18 %), Ukraynaya 9 min ABŞ dolları dəyərində 59,7 ton (bir il əvvəl tədarük olmayıb), Latviyaya 1,4 min ABŞ dolları dəyərində 20 ton (tədarük olmayıb) və Estoniyaya 0,2 min ABŞ dolları dəyərində 1,5 ton məhsul alıb.
Bir il 9 aylıq fasilənin ardından Estoniya Azərbaycandan duz idxalını bərpa edib.