"ENNA" MMC yeni uğura imza atıb
- 04 noyabr, 2025
 - 11:49
 
                            
                            
                        "Cahan Holdinq"ə məxsus "ENNA" MMC əməyin mühafizəsində yüksək standartlara görə təltif olunub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində fəaliyyət göstərən Əməyin Mühafizəsi Mərkəzinin tədbirlər planına əsasən, regionlarda əməyin mühafizəsi sahəsində nümunəvi müəssisələrin yaradılması istiqamətində mühüm addımlar atılır. Bu çərçivədə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Əməyin Mühafizəsi Mərkəzi tərəfindən bir sıra müəssisələrdə əməyin mühafizəsi vəziyyəti qiymətləndirilib, təhlillər aparılıb. Nəticədə Naxçıvan Muxtar Respublikası üzrə bu istiqamətdə "Cahan Holdinq"ə məxsus "ENNA" MMC ilə Əməyin Mühafizəsi Mərkəzi arasında əməkdaşlıq münasibətləri qurulub.
Görülən işlərin nəticəsi olaraq "Cahan Holdinq"ə məxsus "ENNA" MMC-də əməyin mühafizəsi normaları və qaydalarının, qəbul edilmiş dövlət standartlarının tətbiqi, işçilərin əməyin mühafizəsi üzrə mütəmadi təlimatlandırılması, həmçinin istehsalat risklərinin idarə olunması sahəsində aparılan təkmilləşdirmələr yüksək qiymətləndirilib. Şirkət bu istiqamətdə həyata keçirdiyi tədbirlərlə Naxçıvan Muxtar Respublikasında bir ilkə imza ataraq "Əməyin mühafizəsi sahəsində nümunəvi müəssisə" statusunu qazanıb. Oktyabrın 31-də Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində "ENNA" MMC-ni ziyarət edib. "Cahan Şirkətlər Qrupu" MMC-nin təsisçisi Vüqar Abbasov və "ENNA" MMC-nin icraçı direktoru Ruslan Əlimərdanov nazir Anar Əliyevə müəssisə haqqında məlumat veriblər.
Qeyd edək ki, "Cahan Holdinq"ə məxsus "ENNA" MMC-nin əməyin mühafizəsi sahəsinə yatırdığı investisiyalar insan faktoruna və əmək təhlükəsizliyinə verilən dəyərin bariz nümunəsidir.
"Cahan Holdinq"ə məxsus "ENNA" MMC haqqında
2022-ci ildə fəaliyyətə başlayan "Cahan Holdinq"ə məxsus "ENNA" MMC qida sənayesində yüksək texnologiyaların tətbiqi ilə seçilir. Müəssisə Almaniyanın "KRONES" brendi avadanlıqları ilə təchiz olunmuş müasir istehsal xəttinə malikdir. İllik 250 milyon banka istehsal gücü olan zavodda istehsal prosesi tam avtomatlaşdırılıb və insan əli dəymədən həyata keçirilir.
Şirkət "İnsanlara dəyər veririk" prinsipi ilə fəaliyyət göstərərək istehsalın hər mərhələsində, xammalın qəbulundan məhsulun son istehlakçıya çatdırılmasına qədər beynəlxalq keyfiyyət və qida təhlükəsizliyi standartlarını tətbiq edir.
Məhsullar
"Cahan Holdinq"ə məxsus "ENNA" MMC-nin məhsul portfelinə "Buzz Cola", "Buzz Ice Tea", "Plus Ower" markaları daxildir.
* Buzz Cola – xarici brendlərlə rəqabət apara bilən, özünəməxsus dada malik yerli istehsal brendidir və "Azərbaycanın kolası" kimi fərqlənir.
* Buzz Ice Tea – manqo-ananas, şaftalı və limon dadlarında təqdim olunur, təbii tərkibi və təravətləndirici dadı ilə seçilir.
* Plus Ower – vitaminlərlə zənginləşdirilmiş, gün ərzində enerjili qalmaq istəyənlər üçün nəzərdə tutulmuş içkidir.
"Cahan Holdinq"ə məxsus "ENNA" MMC-nin "Əməyin mühafizəsi sahəsində nümunəvi müəssisə" statusunu qazanması müəssisənin həm istehsalat mədəniyyətinə, həm də insan amilinə verdiyi dəyərin göstəricisidir. Şirkət həm təhlükəsiz, həm də texnoloji cəhətdən qabaqcıl istehsal mühiti formalaşdırmaqla regionda sənaye inkişafına töhfə verməyə davam edir.