Enes Eminoğlu: "Orta Dəhliz gənclər və sahibkarlar üçün yeni imkanlar açır"

Biznes
  • 01 noyabr, 2025
  • 11:56
Enes Eminoğlu: Orta Dəhliz gənclər və sahibkarlar üçün yeni imkanlar açır

Orta Dəhliz layihəsi Türkiyəni, Balkan ölkələrini, Qafqaz regionunu və türk dünyasını birləşdirən son dərəcə mühüm təşəbbüsdür.

"Report" xəbər verir ki, bunu Türkiyənin gənclər və idman nazirinin müavini Enes Eminoğlu Bakıda "Gənc MÜSİAD"ın təşkilatçılığı ilə keçirilən "Avrasiya Gənc İş Adamları Forumu"nda (EYBF2025) çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu layihə ticarət əlaqələrinin genişlənməsi ilə yanaşı, həm də gənclər üçün yeni imkanların açılmasına şərait yaradacaq:

"Biz hamımız birlikdə bu təşəbbüsü daha yüksək səviyyəyə çatdıracağıq. Xüsusilə "Gənc MÜSİAD"ın 40-dan çox ölkədə fəaliyyət göstərməsi, 5 mindən çox üzvünün olması, sahibkarlıq ekosistemini əsas prioritetə çevirərək gəncləri ticarət və təhsil sahələrində istiqamətləndirməsi çox önəmlidir. Gənclər və İdman Nazirliyimiz, bu baxımdan gənc sahibkarların və gənclik fəaliyyətlərinin inkişafını daim dəstəkləyir".

E. Eminoğlu həmçinin qeyd edib ki, Azərbaycan Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq uğurla davam edir:

"Son illərdə gənclər mübadilə proqramları, mütəxəssis proqramları, düşərgələr və məşqçi təlimləri kimi bir sıra layihələr sazişlər və razılaşmalar əsasında həyata keçirilir".

Son xəbərlər

Bütün Xəbər Lenti