“Embawood” yaxın illərdə Avropa bazarına çıxmaq istəyir
- 23 sentyabr, 2014
- 10:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Embawood” şirkəti yaxın 3 il ərzində “Embawood Azerbaijan” brendini Avropa bazarında inkişaf etdirib tanıtmaqla yanaşı yeni şəbəkə qurmağı qarşıya məqsəd qoyub. “Report”un məlumatına görə, bunu “Embawood” şirkətinin almaniyalı tərəfdaşı "Bockrat Heinzen" Almaniyada keçirilən beynəxalq mebel sərgisində bildirib.
Avropa, o cümlədən Almaniya mebel sənayesi alıcıları üçün keçirilən ixtisaslaşdırılmış sərgidə dünyaca tanınmış mebel şirkətlərinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, 1996-cı ildən fəaliyyət göstərən “Embawood” şirkəti 10-dan artıq ölkədə eyniadlı geniş mağaza şəbəkəsi, həmçinin Azərbaycan, Gürcüstan, Ukrayna və Qazaxıstanda fabriklərini işə salıb. Əlavə olaraq şirkətin Rusiya, Türkiyə, Qazaxıstan və Gürcüstanda regional nümayəndəlikləri yaradılıb.