Ekspert: "Rusiyadan Azərbaycana taxıl daşımalarında artım var"

Biznes
  • 09 sentyabr, 2022
  • 12:31
Ekspert: Rusiyadan Azərbaycana taxıl daşımalarında artım var

Bu ilin yanvar-avqust aylarında Şimali Qafqaz dəmir yolu ilə taxıl daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 84,5% artaraq 2,7 milyon tona çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiyanın Brend Nəqliyyat Xidmətləri üzrə Ərazi Mərkəzinin marketinq və planlaşdırma üzrə müavini Anastasiya Mulenko bildirib.

Onun sözlərinə görə, məhsullar Azərbaycanın Samur dəmir yolu stansiyasından keçməklə Azov-Qara dəniz hövzəsi limanlarına gedib.

“Daha çox ixrac istiqamətində daşınmalarda artım qeydə alınıb - 62,6%. Bu isə təxminən 859 min ton deməkdir", - deyə o, qeyd edib.

Taxıl yüklərinin son istiqamətləri barədə danışan Anastasiya Mulenko Səudiyyə Ərəbistanı, Misir, Türkiyə və Azərbaycanın adını çəkib. Bu ərazilərdə daşımalarda artım müşahidə olunur. Əvəzində Gürcüstan, İsrail, Monqolustan və Kamerun kimi istiqamətlərdə yük axınında azalma müşahidə edilir.Yeni marşrutlar arasında ekspert Sudan və Keniyanı xüsusi qeyd edib.

44 - Tezliklə