Ekspert: "Rusiya Ermənistanın hesabına qazandığı pulu Ukraynada dinc əhaliyə hücumda istifadə edir"

Biznes
  • 03 oktyabr, 2025
  • 10:17
Ekspert: Rusiya Ermənistanın hesabına qazandığı pulu Ukraynada dinc əhaliyə hücumda istifadə edir

Rusiya Ermənistan üzərindən idxal-ixrac əməliyyatları hesabına qazandığı vəsaitləri Ukraynada dinc əhaliyə hücumlar üçün istifadə edir.

"Report" xəbər verir ki, bunu "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov bildirib.

Onun sözlərinə görə, Ermənistanın Rusiyadan böyük həcmdə idxal etdiyi qiymətli və yaxud yarı qiymətli daşlar, qiymətli metallar bu ölkənin daxili təlabatı üçün deyil, üçüncü ölkələrə ixrac üçündür: "2020-ci ildə 44 günlük müharibədə ağır məğlubiyyət yaşamış, iqtisadiyyatı çökmüş bir ölkənin yoxsul əhalisi necə ola bilər ki, birdən-birə xaricdən bu qədər ləl-cəvahirat, qiymətli daşlar alsın, hansı vəsaitlə?! Bu, pərdələnmiş iqtisadi əməliyyatlardır, iki ölkə arasında sövdələşmənin nəticəsidir. Bunu gizlətmək mümkün deyil".

Ekspert qeyd edib ki, Ermənistan Rusiyadan idxal etdiyi bu məhsulları yerli məhsullar adı altında digər ölkələrə ixrac edir: "2022-ci ildə Ermənistanın ixrac etdiyi qiymətli və yaxud yarı qiymətli daşlar, qiymətli metallar kimi məhsulların ümumi dəyəri cəmi 368,8 milyon ABŞ dolları təşkil etdiyi halda, 2024-cü ildə 8,4 milyard ABŞ dollarından çox olub, 5 il ərzində 23 dəfə artım baş verib. Beləliklə, Ermənistan Rusiyadan sanksiyalara məruz qalmış malları idxal edir və onları mənşəyini gizlədərək üçüncü ölkələrə öz məhsulu kimi ixrac edib, bununla da İrəvan Moskvanın sanksiyalardan yayınmasına aşkar vasitəçilik edir".

Son xəbərlər

Bütün Xəbər Lenti