Dövlət Gömrük Komitəsinin sədri Qubada vətəndaşları qəbul edəcək
Biznes
- 18 may, 2015
- 08:22
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 may. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev mayın 22-də saat 11:00-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, qəbul zamanı bölgədəki rayonların - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 21-i saat 11:00-dək Komitənin “192” Çağrı Mərkəzi və (012) 404-22-00 nömrəli telefona, yaxud (023) 325-34-40 nömrəsi ilə Xaçmaz Gömrük İdarəsi ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Son xəbərlər
10:16
Azərbaycan şəkər ixracından qazancını 2,5 dəfəyə yaxın artırıb
Maliyyə
10:08
Azərbaycan Basketbol Liqası: IV turun daha bir oyunu bu gün keçiriləcək
Komanda
10:07
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Xarici siyasət
10:06
DYP sürücüləri nasaz avtomobillərlə yola çıxmamağa çağırıb
Daxili siyasət
10:04
Azərbaycan XİN Zambiyanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət
09:44
Foto
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha iki medal qazanıblar
Fərdi
09:38
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
Region
09:37
Zaqatalada silsilə oğurluqlar etməkdə təqsirləndirilən şəxs həbs olunub
Hadisə
09:35
EHF Avropa Kuboku: "Kür" komandası bu gün cavab matçına çıxacaq
Komanda