Dövlət Agentliyi: Bu il istehlakçılara 301 min manatdan çox pul qaytarılıb

Biznes
  • 24 noyabr, 2025
  • 15:40
Dövlət Agentliyi: Bu il istehlakçılara 301 min manatdan çox pul qaytarılıb

Bu il Azərbaycanda istehlakçılara 301 min manatdan çox vəsait qaytarılıb.

"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Yusif Tapdıqlı bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur:

"Pozuntular əsasən malın üzərində olan qiymətlə satışdakı qiymət arasında fərq olub. Yəni, istehlakçı vitrində bir qiymət görür, lakin yaxınlaşıb alan zaman kassada tamamilə fərqli qiymət görür. Bunun üzərindən də biz araşdırmalarımızı aparırıq və qanunvericiliyin tələblərinə uyğun protokollar yazırıq. Bu il 51 inzibati xəta üzrə protokol tərtib olunub ki, bunun da 90 %-dən çoxu istehlakçıların aldadılması ilə bağlıdır".

Bundan başqa, şöbə müdiri deyib ki, 10 ayda quruma 7 mindən çox istehlakçı müraciəti daxil olub: "Onların heç də hamısı bizim səlahiyyətimizə aid olan müraciətlər deyil. Təqribən 1,5 min müraciət digər aidiyyəti dövlət orqanlarının səlahiyyətinə aid olub, onları aidiyyəti üzrə göndərmişik. Bir qismi hal-hazırda araşdırmadadır. Bir qismi müəyyən səbəblərdən qanunvericiliyə uyğun olmadığına görə baxılması dayandırılıb. Amma ümumilikdə baxılmış 4,8 mindən çox müraciətdən 2,1 mini təqribən təmin olunub".

Son xəbərlər

Bütün Xəbər Lenti