Dövlət Agentliyi: 7 ayda 6 mindən çox istehlakçı müraciəti cavablandırılıb

Biznes
  • 15 sentyabr, 2026
  • 18:02
Dövlət Agentliyi:  7 ayda 6 mindən çox istehlakçı müraciəti cavablandırılıb

Bu ilin yanvar-iyul aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə vətəndaşlardan 6 060 müraciət daxil olub və cavablandırılıb.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, müraciətlərdən 2 923-ü qeyri-qida, 2 495-i xidmət, 226-sı qida, 79-u dərman vasitələri və tibbi avadanlıqlar, 12-si tütün məmulatları, 2-si qiymətli metallar və daşlar, 323-ü digər sahələrlə bağlı olub.

"İstehlakçı hüquqlarının müdafiəsinin gücləndirilməsi və istehlak bazarında qanunvericiliyin tələblərinə əməl olunmasına nəzarətin təmin edilməsi Agentliyin fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər həm istehlakçıların hüquq və mənafelərinin qorunmasına, həm də bazar iştirakçıları arasında sağlam rəqabət mühitinin inkişafına mühüm töhfə verir", - deyə qurum bəyan edob.

44 - Tezliklə