DGK-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib
- 13 iyun, 2017
- 12:24
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Bakıda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) üzvlərinin Gömrük Xidməti Rəhbərləri Şurasının 65-ci iclasında iştirak etmək üçün Azərbaycana səfərə gələn Qazaxıstanın Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Komitəsinin sədri Аrdak Tengebayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Report” DGK-ya istinadən xəbər verir ki, görüşdə Azərbaycan rəsmisi iki ölkə arasında siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrdən söhbət açıb, bütün sahələrdə olduğu kimi, gömrük sferasında da qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib və qazaxıstanlı həmkarının Azərbaycana səfərinin ikitərəfli münasibətlərin davamlı inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.
Son illərdə gömrük sahəsində aparılan islahatlardan və həyata keçirilən innovasiya lahiyələrindən bəhs edən DGK sədri informasiya texnologiyalarının gömrük işinin bütün sahələrində tətbiqinə geniş yer verildiyini vurğulayıb, "Elektron bəyannamə", "Yaşıl dəhliz" və digər lahiyələrin uğurla həyata keçirilməsinin gömrük işinin təşkilinə faydaları barədə məlumat verib. O, gömrük sisteminin inkişafı üçün təcrübə mübadiləsinin zəruriliyinə toxunaraq bildirib ki, Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının Regional Tədris Mərkəzi, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi və Regional Kinoloji Mərkəzi fəaliyyət göstərir. Ümumdünya Gömrük Universitetləri Şəbəkəsinin regional ofisinin də Bakıda yerləşdiyi və bu təlim-tədris müəssisələrində təşkil olunan seminar, treninq və s. belə tədbirlərin gömrük əməkdaşlarının peşə biliklərinin artırılmasında mühüm rol oynadığı vurğulanıb.
А.Tengebayev isə ölkələr arasında siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu, bu əlaqələrin daha da genişlənməsi üçün böyük potensialın mövcudluğunu vurğulayıb. Azərbaycan və Qazaxıstan gömrük xidmətləri arasında əməkdaşlıqdan da razılıqla söhbət açan qonaq Azərbaycan gömrük sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirləriyüksək qiymətləndirib, bu təcrübədən yararlanmağın ümumi işə faydasından bəhs edib və yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Görüş başa çatdıqdan sonra Qazaxıstannümayəndə heyəti DGK-da Komitəsində gömrük xidmətinin müasirləşdirilməsilə bağlı layihələr və "Hədəf" Mərkəzi ilə tanış olublar.