Davosda Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin artırılması müzakirə olunub
- 18 yanvar, 2024
- 10:28
Yeniliklərdən dərhal xəbərdar olun!
Davos İqtisadi Forumu çərçivəsində Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin artırılması istiqamətində reallaşdırılan layihələr müzakirə olunub.
“Report” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında məlumat verib.
“Avropa Komissiyasının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstra ilə qlobal platformalarda dayanıqlı enerji siyasətinin aspektləri, Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin artırılması istiqamətində reallaşdırılan layihələr, ölkəmizin iqlim dəyişiklikləri üzrə çağırışlara töhfə verəcək hədəfləri və COP29 tədbiri üzrə nəzərdə tutulmuş işlər barədə danışdıq”. – deyə nazir bildirib.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində Avropa Komissiyasının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstra (@WBHoekstra) ilə qlobal platformalarda dayanıqlı #enerji siyasətinin aspektləri, #Azərbaycan-da alternativ enerji mənbələrindən istifadənin artırılması istiqamətində…
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 18, 2024