Daşınmaz əmlak bazarında son vəziyyət: Qiymətlər rayonlar üzrə necə dəyişib?
- 04 mart, 2023
- 10:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Bakının daşınmaz əmlak bazarında qiymətlər müvafiq olaraq 2022-ci ilin dekabr ayı ilə müqayisədə 2 %, illik nisbətdə isə 18,83 % artıb.
Bunu "Report"a “Vecon Consulting” şirkətinin təsisçisi, iqtisadçı ekspert Vüqar Oruc bildirib.
“Təkrar mənzil bazarında yeni tikililərdə mənzillərin (1 kvadrat metrə görə) qiymətində ay ərzində 2 % artım, il ərzində 20,3 % artım, köhnə tikililərdə mənzillərin qiymətində (1 kvadrat metrə görə) ay ərzində 1,3 %, il ərzində 18 % artım qeydə alınıb. Bazarda təklif portfelinin həcmi ay ərzində 5,43 %, il ərzində 22,6 % yüksəlib.
İlkin mənzil bazarında qiymətlərdə (1 kvadrat metrə görə) ötən ayla müqayisədə 1,9 %, il ərzində 23,6 % artım müşahidə edilib. Bazarda təklif sayı ay ərzində 2,7 %, il ərzində isə 36,3 % artıb", - V. Oruc qeyd edib.
Önun sözlərinə görə, mənzillərin kirayəsi bazarında qiymətlərdə (1 kvadrat metrə görə) ay ərzində 4,2 % azalma, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 21,2 % artım qeydə alınıb: "Mənzillərin kirayəsi üzrə təklif sayı ay ərzində 4,7 %, il ərzində isə 38,4 % artıb”.
Ay ərzində Bakının Nəsimi rayonunda köhnə tikililərdə mənzillərin qiymətində 1,2 %, yeni tikililərdə isə 1,8 % artım olub, Nizami rayonunda qiymətlər müvafiq olaraq 1 % və 1,6 %, Qaradağ rayonunda 0,5 % və 0,9 %, Sabunçu rayonunda 0,8 % və 1,1 %, Səbail rayonunda 1,2 % və 1,5 %, Suraxanı rayonunda 0,4 % və 0,6 %, Xətai rayonunda 1,7 % və 3,1 %, Yasamal rayonunda 2 % və 2,8 %, Binəqədi rayonunda 0,9 % və 1,5 % və Nərimanov rayonunda 2,8 % və 4,6 % yüksəlib.
| 2023-cü ilin yanvar ayında illik müqayisədə daşınmaz əmlakın mənzil seqmentində qiymətlərin artım %-i | ||||||
| Rayon | Köhnə tikili | Yeni tikili | ||||
| 1 otaqlı | 2 otaqlı | 3 otaqlı | 1 otaqlı | 2 otaqlı | 3 otaqlı | |
| Nəsimi rayonu | 18,0% | 14,3% | 21,5% | 25,0% | 21,8% | 14,7% |
| Nizami rayonu | 17,1% | 18,0% | 19,5% | 22,5% | 19,6% | 13,2% |
| Qaradağ rayonu | 15,8% | 15,0% | 15,8% | 19,9% | 15,5% | 11,8% |
| Sabunçu rayonu | 18,1% | 15,2% | 19,5% | 21,8% | 19,8% | 14,2% |
| Səbail rayonu | 19,2% | 15,6% | 21,0% | 29,0% | 25,0% | 18,2% |
| Suraxanı rayonu | 13,9% | 12,0% | 16,2% | 18,7% | 18,2% | 13,7% |
| Xətai rayonu | 23,0% | 19,2% | 25,0% | 27,0% | 23,3% | 18,2% |
| Yasamal rayonu | 21,0% | 17,5% | 22,5% | 24,3% | 22,7% | 20,9% |
| Binəqədi rayonu | 17,8% | 12,8% | 19,0% | 22,0% | 18,5% | 15,8% |
| Nərimanov rayonu | 19,0% | 18,5% | 18,0% | 28,0% | 24,3% | 21,8% |
| Cəmi | 18,3% | 15,8% | 19,8% | 23,8% | 20,9% | 16,3% |
| Orta hesabla | 18,0% | 20,3% |