Daha iki ölkədən Azərbaycana vafli tədarükünə başlanıb

Biznes
  • 11 noyabr, 2022
  • 10:58
Daha iki ölkədən Azərbaycana vafli tədarükünə başlanıb

Bu ilin ilk 8 ayında Azərbaycan xaricdən 7,368 milyon ABŞ dolları dəyərində 2 min 644 ton vafli və vafli həbləri alıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,5 % çoxdur, kəmiyyət olaraq – 13,3 % azdır.

Rusiyadan 3,62 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6,2 % çoxdur) 1 min 554 ton (-13 %), Türkiyədən 2,22 milyon ABŞ dolları dəyərində (+21 %) 574 ton (+5 %), Bolqarıstandan 577,86 min ABŞ dolları dəyərində (-18,7 %) 169,56 ton (-22 %), İrandan 360,23 min ABŞ dolları dəyərində (-9 %) 201,18 ton (-10,7 %), Ukraynadan 233,33 min ABŞ dolları dəyərində (-43 %) 86,3 ton (-58,6 %) məhsul gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveç və Slovakiyadan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 0,45 min ABŞ dolları dəyərində 0,05 ton və 0,16 min ABŞ dolları dəyərində 0,03 ton vafli idxal edilib.

44 - Tezliklə