Daha iki ölkə Azərbaycandan peçenye tədarük etməyə başlayıb

Biznes
  • 02 noyabr, 2022
  • 12:25
Daha iki ölkə Azərbaycandan peçenye tədarük etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana xaricdən 20,56 milyon ABŞ dolları dəyərində 10 min 400 ton şirin quru peçenye gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 21 %, kəmiyyət olaraq – 18,4 % çoxdur.

Türkiyədən 8,03 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % çoxdur) 2 min 864 ton (+25 %), Rusiyadan 5,26 milyon ABŞ dolları dəyərində (+17 %) 2 min 324 ton (+2,5 %), İrandan 3,239 milyon ABŞ dolları dəyərində (+77,5 %) 3 min 998 ton (+78 %), Ukraynadan 1,216 milyon ABŞ dolları dəyərində (-50,5 %) 463,12 ton (-61 %), Qazaxıstandan 993 min ABŞ dolları dəyərində (-28,2 %) 318 ton (-34,9 %) məhsul alınıb.

Hesabat dövründə Azərbaycan 507 min ABŞ dolları dəyərində (+3,7 dəfə) 355,48 ton (+2,7 dəfə) peçenye ixrac edib.

Gürcüstana 220,48 min ABŞ dolları dəyərində (+4 dəfə) 193,5 ton (+3,3 dəfə), Qazaxıstana 95,56 min ABŞ dolları dəyərində (+533 dəfə) 29,55 ton (+500 dəfə), Türkiyəyə 34,26 min ABŞ dolları dəyərində 16,5 ton, İraqa 26,82 min ABŞ dolları dəyərində 21,69 ton, Ukraynaya 26,45 min ABŞ dolları dəyərində 22,69 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.

Bir il 8 aylıq fasilənin ardından İraqa, 1 illik aradan sonra Türkiyəyə tədarük bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Moldova və Polşaya ixrac həyata keçirilib. Həmin ölkələrə müvafiq olaraq 25,82 min ABŞ dolları dəyərində 13,76 ton və 4,29 min ABŞ dolları dəyərində 2,62 ton peçenye satılıb.

44 - Tezliklə