Daha bir ölkə Azərbaycandan suxarı tədarük etməyə başlayıb
- 03 avqust, 2022
- 06:11
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk 5 ayı ərzində Azərbaycana xaricdən 461,63 min ABŞ dolları dəyərində 262,61 ton suxarı gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34,4 %, kəmiyyət olaraq – 44,8 % çoxdur.
Rusiyadan 217,22 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 17,3 % artıb) 131,85 ton (+10,9 %), Türkiyədən 135,79 min ABŞ dolları dəyərində (+20,5 %) 48,9 ton (+25,4 %), Ukraynadan 49,42 min ABŞ dolları dəyərində (+34,1 %) 23,28 ton (+6,3 %), İrandan 43,99 min ABŞ dolları dəyərində 54,67 ton, Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) 9,56 min ABŞ dolları dəyərində 2,46 ton məhsul alınıb.
Bir il əvvəl İrandan suxarı idxal edilməyib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq BƏƏ-dən tədarük həyata keçirilib.
Hesabat dövründə Azərbaycan 59,28 min ABŞ dolları dəyərində 23,18 ton suxarı ixrac edib ki, bu da əvvəlki ilin analoji dövrünün göstəricilərindən müvafiq olaraq 16 dəfə və 14 dəfə çoxdur.
Moldovaya 34,27 min ABŞ dolları dəyərində 12,15 ton və Qazaxıstana 25,02 min ABŞ dolları dəyərində 11,03 ton (bir il əvvəl tədarük olmayıb) məhsul satılıb.
Bu il son 11 ildə ilk dəfə olaraq Moldovaya tədarük həyata keçirilib.