“Goldman Sachs": Çində yayılan koronavirus nefti 3 dollar ucuzlaşdıra bilər

Biznes
  • 22 yanvar, 2020
  • 12:55
“Goldman Sachs: Çində yayılan koronavirus nefti 3 dollar ucuzlaşdıra bilər

Çində yayılan koronavirus neft və neft məhsullarına, o cümlədən aviasiyada istifadə olunan yanacağa tələbatı azaldacaq. 

“Report” xəbər verir ki, bu proqnozla ABŞ-ın “Goldman Sachs” investisiya bankı çıxış edib. 

Bankın mütəxəssislərinin fikrincə, reaktiv yanacağa tələbatın azalması gündəlik 260 min barel ola bilər ki, bu da son nəticədə xam neftin 1 barelinin qiymətini 2,9 ABŞ dolları azalması ilə nəticələnə bilər.