Çin korporasiyası Azərbaycan bazarında iştirakını genişləndirmək istəyir
- 15 may, 2025
- 17:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Çinə məxsus, 30 ildən artıq tarixə malik "Jiangsu Inter-China Group Corporation" Azərbaycan bazarında iştirakını genişləndirmək istəyir.
Bunu “Report”a açıqlamasında şirkətin nümayəndəsi Tom Dean bildirib.
"Azərbaycan bazarı bizim üçün maraqlıdır. Bu günə qədər burada bir tərəfdaşımız, müəyyən qədər satışlarımız olub. Bu gün biz Bakıda keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") va 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan”) sərgilərində iştirak etməklə öz tərəfdaşlarımızın sayını artırmaq və Azərbaycan bazarında mövcudluğumuzu genişləndirmək istəyirik", - deyə o qeyd edib.
T.Deanın sözlərinə görə, təmsil etdiyi korporasiya həm keyfiyyətli aqrokimyəvi məhsullar istehsal edir, həm də peşəkar bitki mühafizəsi üzrə həllər təqdim edir.
"Bununla yanaşı, biz müştərilərə pestisid bazarındakı tendensiyaları analiz etməkdə kömək edirik”, - deyə o qeyd edib.
Xatırladaq ki, sərgilərdə 30-dan artıq ölkədən 450 şirkət iştirak edir. Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstanı əhatə edir. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri Lanka və ilk dəfə olaraq Misir sərgilərdə milli qruplar şəklində iştirak edirlər.