“Carlsberg Group” Azərbaycanda biznes fəaliyyətini inkişaf etdirmək niyyətindədir

Biznes
  • 06 aprel, 2022
  • 09:37
“Carlsberg Group” Azərbaycanda biznes fəaliyyətini inkişaf etdirmək niyyətindədir

“Carlsberg Group”un “Baltika” brendini sataraq Rusiya bazarından çıxmaq qərarına rəğmən Azərbaycanda biznes fəaliyyətini davam etdirmək niyyətindədir.

Bu barədə “Report”a “Carlsberg Group”dan bildirilib.

“Azərbaycandakı komandamızdan və brendlərimizdən qürur duyuruq. Biznesimizi inkişaf etdirmək üçün onlarla işləməkdə davam edəcəyik”, - şirkətdən bildirilib.

“Carlsberg Group” Ukraynada cərəyan edən hadisələr səbəbindən 2022-ci il martın 29-u Rusiya bazarından çıxdığını bəyan etmişdi. “Martın 9-u “Carlsberg Group”un Rusiyadakı iştirakına yenidən baxılmasını bəyan etdik. Yenidən baxılmadan sonra Rusiyadakı biznesimizi tam şəkildə ləğv etmək haqqında çətin və təxirəsalınmaz qərar qəbul etdik”, - şirkətdən bidiriblər.

Xatırladaq ki, “Carlsberg Group”a daxil olan Rusiyanın “Baltika” pivə şirkəti 2000-ci ildən etibarən Azərbaycana pivə tədarükün həyata keçirir. “Carlsberg Azerbaijan” şirkəti illik büdcəyə 30 milyon AZN-dək vəsait köçürür. “Carlsberg Group”a inteqrasiyanı davam etdirmək məqsədilə 2017-ci ilin fevral ayında zavodun adı “Carlsberg Azerbaijan”a dəyişdirilib.

44 filmi