CAR şirkətləri Azərbaycanda bir sıra layihələrin həyata keçirilməsində maraqlıdır
- 01 aprel, 2015
- 05:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 aprel. REPORT.AZ/ Cənubi Afrika Respublikasının (CAR) şirkətləri Azərbaycanda hərbi və mülki sahədə bir sıra layihələrin birgə işləməsində maraqlıdır.
"Report"un məlumatına görə, bununla əlaqədar CAR-ın Denel və CSİR şirkətlərinin nümayəndələri, CAR-ın Türkiyədəki və eyni zamanda Azərbaycandakı səfiri Vika Xumalonun müşayiəti ilə Bakıya səfərə gəliblər.
Şirkətlərin nümayəndələri Azərbaycanın bir sıra universitetlərində görüşlər keçiriblər və bir sıra nazirliklərdə, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunda da görüşlərin keçirilməsini planlaşdırır.
Şirkətlər Azərbaycanda sərhədlərin, neft qurğularının, boru kəmərlərinin mühafizəsi və s. bu kimi sistemlərin yaradılması üzrə işlərin aparılmasında maraqlıdırlar.