Budapeştdə Türk Araşdırmaları Mərkəzi açılıb

Biznes
  • 23 sentyabr, 2025
  • 16:33
Budapeştdə Türk Araşdırmaları Mərkəzi açılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Vüsalə Cəfərova Macarıstanın paytaxtı Budapeştdə Ludovika Dövlət İdarəçiliyi Universitetində yaradılan Ludovika Türk Araşdırmaları Mərkəzinin rəsmi açılış mərasimində iştirak edib.

"Report" İİTKM-ya istinadən xəbər verir ki, yeni mərkəz Macarıstanın Türk dünyası ilə əlaqələrinin inkişafında mühüm rol oynamaqla akademik əməkdaşlığın dərinləşdirilməsinə, strateji dialoqun gücləndirilməsinə və mədəni anlaşmanın təşviqinə xidmət edəcək.

"Enerji, ticarət və nəqliyyat qovşağı" mövzusunda keçirilən paneldə çıxış edən V.Cəfərova türk dövlətlərinin Avrasiya regionunda əlaqələrin gücləndirilməsində rolunu vurğulayıb.O, İİTKM-nin yeni nəşr etdiyi "Orta Dəhliz" kitabını təqdim edib, Orta Dəhlizin artan əhəmiyyətini, enerji sahəsində əməkdaşlığı və davamlı ticarət inteqrasiyasını türk dünyasının gələcəyini formalaşdıran əsas istiqamətlər kimi vurğulayıb.

V.Cəfərova həmçinin Türk dünyasının aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirib, akademik mübadilə və birgə tədqiqatların gücləndirilməsinə töhfə vermək məqsədilə İİTKM-in "Türk dövlətləri iqtisadiyyatı" kitabını təqdim edib.

Son xəbərlər

Bütün Xəbər Lenti