Bu ilin ilk rübündə Azərbaycanın tütün ixracından gəlirləri 62 % azalıb

Biznes
  • 15 aprel, 2023
  • 12:56
Bu ilin ilk rübündə Azərbaycanın tütün ixracından gəlirləri 62 % azalıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 26,24 milyon ABŞ dolları dəyərində tütün və onun sənaye əvəzedicilərini idxal edib.
“Report” Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 11,42 milyon ABŞ dolları yaxud 77,06 % çoxdur.
Bu ilin ilk rübü ərzində Azərbaycanın ixrac etdiyi tütün və onun sənaye əvəzedicilərinin dəyəri isə 2,17 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 3,54 milyon ABŞ dolları yaxud 62 % azdır.
Hesabat dövründə tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,65 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,03 %-ni təşkil edib.

44 filmi